Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Bu barədə Crossmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.
Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, “Araz – 2025” birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.
11:15 18.05.2025
Oxunuş sayı: 1380