Ərdoğan yenidən regional liderə çevrilir

Bu həftə Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan üçün mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
İstanbulda keçirilən danışıqlar diplomatik dönüş nöqtəsinə ümid yaradır – bu, Ərdoğanın uzun müddətdir hazırlıq gördüyü, ABŞ prezidenti Donald Trampın isə təşviq etdiyi bir prosesdir.
Qeyd edək ki, Türkiyəli rəsmilər ümid edirlər ki, bir neçə il davam edən gərgin münasibətlərdən sonra ABŞ-la əlaqələr Trampın ikinci prezidentlik dönəmində daha da inkişaf edəcək.
Bildirilir ki, ABŞ-nin xarici siyasət prioritetləri – o cümlədən Ukraynada müharibənin dayandırılması və Suriyanın beynəlxalq sistemə inteqrasiyası – fonunda Ərdoğan bölgədə yenidən əsas fiqura çevrilir.
Xumar Emilqızı
12:12 16.05.2025
Oxunuş sayı: 733