Paşinyan: "Avropa seçimi risk yaratmır!"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qəbul edilən qanun Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərdə riskləri artırmayacaq.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu addımı balanslaşdırılmış siyasətin nümunəsi kimi qiymətləndirib:
"Biz çoxsaylı risklərin mövcud olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli deyil, daha idarəolunan edir," – deyə Paşinyan vurğulayıb.
20:31 12.02.2025
Oxunuş sayı: 4384