İran ABŞ ilə danışıqlar aparmaqdan imtina etdi

"İran hakimiyyəti Amerikanın təzyiqi qarşısında Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar aparmağı ağlabatan hesab etmir".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın XİN rəhbəri Abbas Araqçı deyib.
O vurğulayıb ki, zəif mövqedən danışıqlar real deyil. Bu, təslim olmaqdır:
"Biz heç vaxt belə şərtlərlə danışıqlar aparmayacağıq. Buna baxmayaraq, Tehran heç vaxt dialoqdan imtina etməyib.
Yəni Ağ Evin ritorikasında dəyişiklik edildikdən sonra - problem yoxdur. Tramp əslində bu problemi həll edə bilər, amma Qəddafi ilə “həll etdikləri” kimi yox, fərqli şəkildə", - deyə o bildirib.
11:27 10.02.2025
Oxunuş sayı: 3967