Tramp sakitləşmir: Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır

ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin 51-ci ştatı olmasının daha yaxşı olacağını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Super Bowl finalı öncəsi Fox News kanalına verdiyi açıqlamada ABŞ-nin Kanada ilə hər il 200 milyard dollar itirdiyini iddia edib və bunun davam etməsinə icazə verməyəcəyini deyib:
“Kanadanın 51-ci ştat olması daha yaxşı olardı, çünki onlarla hər il 200 milyard dollar itiririk. Niyə Kanadaya subsidiya kimi bu qədər pul ödəyirik?”
Tramp həmçinin Kanada və Meksikanın gömrük vergilərinə qarşı lazımi tədbirlər görmədiyini vurğulayıb:
“Bu, belə davam edə bilməz. Bir şeylər dəyişməlidir və mən bunu dəyişəcəyəm.”
Məhkəmənin, İlon Muskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin (DOGE) ABŞ Xəzinə Departamentinin sənədlərinə girişini məhdudlaşdırması qərarı ilə bağlı Tramp buna “dəli qərar” deyərək “Bununla 100% razı deyiləm” ifadəsini işlədib.
Tramp Muskı “mükəmməl” biri kimi xarakterizə edib və onun hökumətdəki problemləri həll edəcəyinə inandığını deyib:
“Heç bir şey qazanmır, amma buna necə vaxt ayırdığına heyranam.”
O, Muska ABŞ Təhsil Nazirliyini yoxlamağı tapşıracağını, daha sonra isə eyni tapşırığın ordu üçün veriləcəyini bildirib.
Fidan Hacızadə
08:52 10.02.2025
Oxunuş sayı: 3236