Serbiyanın Baş naziri: Sanksiyalar təxirə salınsa həll yolu tapmaq üçün çox vaxtımız olacaq

ABŞ Maliyyə Nazirliyi sanksiyaları təxirə salsa, ortaq həll yolu tapmaq üçün daha çox vaxtımız olacaq.
Crossmedia.az Serbiya mətbuatına istinadla xəbər verir ki, bu haqda Serbiyanın Baş naziri Miloş Vuçeviç məlumat verib.
“Çox vaxtımız olmadığı üçün tezliklə cavab gözləyirəm. Burda Amerikanın tələbləri və Rusiyanın mövqeyi var. Ən önəmlisi isə bizim neft və neft məhsulları ilə fasiləsiz tədarükümüz var. Biz ABŞ Maliyyə Nazirliyinin sanksiyaları təxirə salmasını istəyirik. Beləliklə, ortaq həll yolu tapmaq üçün daha çox vaxtımız olacaq. Bu, Serbiya- Rusiya, Serbiya-Amerika və hətta Rusiya ilə Amerika münasibətləri üçün çox faydalı olacaq”,- deyə o bildirib.
Nəzrin Salmanova
23:20 09.02.2025
Oxunuş sayı: 5623