İsrail Qərbi Şəriədə hücumlarını genişləndirir

İsrail ordusu işğal altında saxladığı Qərbi Şəriənin şimalında yerləşən Tülkərəm şəhərində qaçqın düşərgəsinə hücumlarını daha da genişləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri düşərgəyə basqın edərək zorla köçürülən fələstinli ailələrin evlərini hərbi kazarmaya çevirib.
Belə ki, düşərgəni mühasirəyə alan İsrail ordusu tikinti texnikaları ilə əraziyə daxil olub və Əl-Musəllah məhəlləsinin girişində yolları qazaraq infrastruktur dəyişikliklərinə başlayıb.
Fatimə Məmmədova
20:57 09.02.2025
Oxunuş sayı: 3932