Türkiyədə xalça fabrikində yanğın

Türkiyənin Manisa şəhərində yerləşən xalça fabrikində baş verən yanğın nəzarətə alınıb.
Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, yanğın nəticəsində fabrikdə saxlanılan xalçalar, istehsal üçün nəzərdə tutulmuş materiallar və toxuculuq avadanlıqları yanaraq yararsız hala düşüb.
Hazırda yanğının səbəbləri araşdırılır.
Fatimə Məmmədova
19:54 09.02.2025
Oxunuş sayı: 4112