BMT Trampın planını qanunsuz adlandırdı

BMT-nin İnsan Haqları Şurasının yaratdığı müstəqil komissiyanın sədri Navi Pillay ABŞ Pezidenti Donald Trampın Qəzza zolağının məskunlaşdırılması planını beynəlxalq hüquqa zidd hesab edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS yazıb.
Məlumata görə, Navi Pillay Trampın Qəzzada yaşayan fələstinliləri köçürmək planını beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.
"Tramp beynəlxalq hüquq məsələlərində olduqca zəifdir. İşğal olunmuş ərazidə yaşayan insanların zorla köçürülməsi beynəlxalq hüququn pozulmasıdır və etnik təmizləmə hesab olunur", – deyə o bildirib.
Onun sözlərinə görə, Trampın fələstinliləri Qəzzadan köçürmək və ərazini ABŞ-nin nəzarətinə vermək ideyasını həyata keçirmək üçün qanuni mexanizm mövcud deyil.
Fatimə Məmmədova
19:30 09.02.2025
Oxunuş sayı: 3907