İranda gərginlik: Pezeşkianın istefası istənilir

İranda ABŞ-la danışıqların rədd edilməsinə reaksiyalar artır: Pezeşkianın istefasını istəyirlər.
Nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı ABŞ-la danışıqları rədd edən İranın ali rəhbəri Əli Xameneyinin son açıqlamaları sosial mediada hökumət rəsmiləri və geniş ictimaiyyət arasında reaksiya dalğasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, sosial mediada Məsud Pezeşkianın prezident seçkiləri zamanı verdiyi vədlərdən və bunları yerinə yetirə bilməsə istefa verəcəyindən söz açılıb.
Xameneyinin açıqlamalarından sonra Pezeşkian kəskin tənqid atəşkinə tutulub. Bildirilib ki, ali rəhbərin əmrləri qarşısında prezident heç bir şey edə bilmir və yalnız müvəqqəti casus rolunu oynayır.
14:29 09.02.2025
Oxunuş sayı: 6408