Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi açıqlanıb

Dünya bazarı üçün əsas göstəricilərdən biri olan Avropanın
yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi onların tutumunun 50 %-dən
aşağı düşüb.
Bu barədə “İnterfaks” “Gas
Infrastructure Europe” şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Fevralın 6-na olan vəziyyətə əsasən, ehtiyatların səviyyəsi
49,95 % təşkil edib. Bu göstərici son beş ilin orta səviyyəsindən (58,04 %) 8
faiz bəndi aşağıdır. GIE-nin 2011-ci ildən apardığı müşahidələrə əsasən, bu
tarixdə doqquz il ərzində ehtiyatlar daha yüksək olub, beş il isə indiki səviyyədən
aşağı olub.
Üstəlik, Avropada havanın temperaturu kəskin soyuq deyil və iqlim normasına uyğundur. Yanvar ayında Avropada orta temperatur həm normadan, həm də ötən ilin göstəricilərindən 1 dərəcə yüksək olub. Fevral ayında isə temperaturun iqlim norması səviyyəsində və 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 dərəcə aşağı olacağı proqnozlaşdırılır.(report)
Qazın cari mövsümdə intensiv istifadəsi səbəbindən Avropanın
yeraltı qaz anbarlarının ehtiyatlarını yay aylarında artırmaq və istifadə
mövsümünün başlanmasına qədər 90 %-lik hədəfə çatdırmaq üçün daha çox tədarükə
ehtiyac olacaq. “Qazprom”dan qaz tədarükünə qoyulan məhdudiyyətlər fonunda
Avropa İttifaqının bu direktivinə əməl etməsi, 2025-ci ildə qlobal qaz qiymətlərinə
ciddi dəstək verəcək.
Hazırda Avropada qazın qiyməti min kubmetr üçün 600 ABŞ
dolları səviyyəsindədir. Niderlandın TTF qovşağında fevralın 7-də “bir gün əvvəldən”
tipli müqavilə 594 ABŞ dolları səviyyəsində bağlanıb.
Bundan əlavə, Avropa enerji sektoru qaz istehsalı ilə külək
elektrik stansiyalarından enerji təchizatındakı kəsiri kompensasiya etməyə məcburdur.
2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri Avropanın elektrik
enerjisi tələbatının cəmi 12 %-ni təmin edib. Halbuki 2024-cü ilin eyni dövründə
bu göstərici təxminən iki dəfə yüksək - 22 % olub.
11:55 08.02.2025
Oxunuş sayı: 3335