İran və Rusiya nədən danışdı?- Kazım Cəlali açıqladı

“Tehran və Moskva Rəşt-Astara dəmir yolu xətti və qaz nəqli ilə bağlı yekun razılığa gəlib”
Crossmedia.az IRNA-ya istinadən xəbər verir ki, bu gün İranın Rusiyadakı səfiri Kazım Cəlali İran və Rusiya arasındakı son danışıqlardan söz açıb.
“İki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında aparılan danışıqlarda tərəflər Rəşt-Astara dəmir yolunun tikintisi layihəsi üzrə icra sazişinin 2025-ci ilin mart ayının sonuna qədər imzalanması vaxtı barədə razılıq əldə ediblər”, - deyə, səfir vurğulayıb.
Kazım Cəlalinin sözlərinə görə, Rəşt-Astara layihəsinin icrasını sürətləndirmək üçün son həftələrdə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev arasında həftəlik görüşlər keçirib.
18:34 24.01.2025
Oxunuş sayı: 4316