Donald Tramp üçün üçüncü prezidentlik müddəti təklif olunur

Tramp tərəfdarları hesab edirlər ki, onun planlarını həyata keçirmək üçün dörd il kifayət deyil.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinə yeni prezident Donald Trampın üçüncü dəfə namizədliyini irəli sürməsinə imkan verəcək qətnamə təqdim edilib.
Təklif ABŞ Konstitusiyasına dəyişiklik edilməsi və prezident vəzifəsində olma müddətinin üç ilə qədər artırılmasını nəzərdə tutur.
Qeyd edək ki, bu, yalnız namizədin ardıcıl iki dəfə prezident postunu tutmaması şərti ilə mümkün olacaq.
Fatimə Məmmədova
18:26 24.01.2025
Oxunuş sayı: 4528