İstanbulda cinayət təşkilatlarına qarşı əməliyyat: 51 nəfər saxlanılıb

İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi 11 rayonda cinayət qruplarına qarşı keçirdiyi əməliyyatlarda 51 şübhəlini saxlayıb.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, əməliyyatlar zamanı çoxlu sayda silah və sursat ələ keçirilib.
İstanbul Polis İdarəsi 25 dekabr 2024-cü il və 18 yanvar 2025-ci il tarixləri arasında mütəşəkkil cinayət qruplarının ifşası və cinayətkarların tutulması üçün eyni vaxtda əməliyyatlar təşkil edib. Əməliyyat “qəsdən adam öldürməyə cəhd”, “iş yerlərində atəş açma” və “silahlı cinayətkar təşkilatlar təşkil etmək” cinayətlərində iştirak edən, həbs qətimkan tədbiri seçilən şübhəlilərə qarşı keçirilib.
Əməliyyat çərçivəsində 102 sənədsiz tapança, 321 maqazin, 2 avtomat tapança, bir sui-qəsd tapançası, 2102 patron, 10 ov tüfəngi və çoxlu uzunlüləli tüfəng hissələri ələ keçirilib. Əməliyyat zamanı ələ keçirilən əşyalar Vətən Polis İdarəsində sərgilənib.
17:40 24.01.2025
Oxunuş sayı: 6661