Tehrandakı səfirimiz İran XİN rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “snn” yayıb.
Məlumata görə, tərəflər Azərbaycan-İran münasibətlərin mövcud vəziyyəti və perspektivi barədə fikir mübadiləsi aparıblar.
14:58 24.01.2025
Oxunuş sayı: 4777