Putin Trampla danışıqlara hazırdır - Peskov

Rusiya Federasiyası prezidenti Vladimir Putin ABŞ-nin yeni prezidenti Donald Trampla danışıqlara hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Putin hazırdır, biz siqnalları gözləyirik, hamı hazırdır. Əgər nəsə baş verərsə, sizi məlumatlandıracağıq", - deyə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.
Fatimə Məmmədova
14:39 24.01.2025
Oxunuş sayı: 2117