Suriya Rusiya ilə bağlanmış 500 milyonluq müqaviləni ləğv edib

Rusiyanın “Sparta” və “Sparta II” logistik gəmiləri Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yerləşdiyi Suriyanın Tartus limanına daxil olmaq üçün icazə alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmilərdən Rusiya kontingentinin Suriyanın qalan hissəsindən çıxarılması zamanı limanda yığılmış əmlak və avadanlıqların çıxarılması üçün istifadə olunacaq.
Tartusun Gömrük direktoru Riyad Cudi Suriyanın “əl-Vətən” qəzetinə bildirib ki, Suriya Rusiya şirkəti ilə Tartus limanı arasında 2019-cu ildə bağlanmış ən azı 500 milyon dollarlıq investisiya müqaviləsini ləğv edib.
14:22 24.01.2025
Oxunuş sayı: 2861