Fransa ehtiyatda olan hərbçilərin işə qəbulu prosesində dəyişikliklər edib

2024-cü il dekabrın 31-də Fransa ehtiyatda olan hərbçilərin işə qəbulu prosesində dəyişikliklər edib və namizədlərin qiymətləndirilməsi sistemini sadələşdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, indi ehtiyatda olan hərbçilərin işə qəbulu onların iş qabiliyyətinə uyğun olaraq həyata keçirilir. Məsələn, 1-ci və 2-ci tip diabet xəstələri artıq müəyyən missiyalar üçün hərbiyə işə götürülə bilər ki, bu da əvvəllər mümkün deyildi.
Bu dəyişikliklərin məqsədlərindən biri ehtiyatda olanların qiymətləndirilməsi prosesinə yenidən baxaraq növbəti çağırışlarına hazırlaşmaqdır.
Qeyd edək ki, 43 min ehtiyatda olan hərbçinin işə götürülməsi nəzərdə tutulur.
13:34 24.01.2025
Oxunuş sayı: 2335