Trampdan Baydenə ittiham: “O dəhşətli bir iş gördü”

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başlamasına görə sabiq prezident Cozef Baydeni ittiham edib. O, Baydenin müharibəyə şərait yaratmaqla böyük bir səhvə yol verdiyini bildirib.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, “Bayden bu müharibənin başlamasına icazə verərək dəhşətli bir iş gördü. Bu müharibə heç başlamamalı idi,” - deyə Tramp vurğulayıb.
Trampın bu açıqlamaları onun Bayden administrasiyasının xarici siyasətini sərt tənqid etməsi kimi qiymətləndirilir.
Fidan Hacızadə
12:42 24.01.2025
Oxunuş sayı: 2585