Ukrayna hərbçiləri mühasirəyə düşüb

- Ukrayna Silahlı Qüvvələrinin 1500 əsgəri və əcnəbi döyüşçülər mühasirəyə düşüb.
- Crossmedia.az TASS-a istinadən bildirir ki, 1500 əsgər və əcnəbi döyüşçü Donetskin cənubunda yerləşən Velikaya Novoselka qəsəbəsində mühasirəyə düşüb.
- Məlumata görə, mühasirəyə düşən Ukrayna hərbçilərinin əksəriyyəti ordunun 110-cu mexanikləşdirilmiş briqadasının tərkibinə daxildir.
- Onlar bir neçə gün ərzində komandanlıqdan geri çəkilməyə icazə istəsələr də, bu icazəni ala bilməyiblər.
- Radio danışıqlarının ələ keçirilməsinə əsasən bəlli olub ki, Polşa, Böyük Britaniya və Gürcüstandan olan əcnəbi döyüşçülər də mühasirəyə düşüb.
- Fatimə Məmmədova
09:01 24.01.2025
Oxunuş sayı: 2480