Tramp İrana yeni zərbələr endirməyə tələsmir
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı təzyiqlərinə baxmayaraq, yeni zərbələr barədə qərar verməyə tələsmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Tramp nəşrə müsahibəsində İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı qərar vermək üçün vaxtının olduğunu vurğulayıb.
“Hər hansı qərar qəbul etməyə tələsmirəm. Yeni il başlayandan sonra nə baş verəcəyinə baxacağıq”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp İrana yeni zərbələrin endirilməsi ehtimalını “olduqca aşağı” qiymətləndirib.
Bununla belə, ABŞ-nin İsraillə birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirməyə davam etdiyi bildirilir.
Məlumata görə, mümkün əməliyyatın hədəfləri arasında İranın nüvə obyektləri, infrastrukturu və ölkə rəhbərliyi yer ala bilər.
12:18 20.11.2026
Oxunuş sayı: 53