Paris meri GTA VI səbəbindən iclasa gecikib?
Paris meri Emmanuel Qrequarın “GTA VI” oyununun çıxışını gecə saatlarında qeyd etdikdən sonra şəhər şurasının iclasına üç saat gecikdiyi iddia olunub.
Crossmedia.az xəbər verir ki, “Alertes Infos” bu barədə sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, Emmanuel Qrequar noyabrın 19-na keçən gecə “Grand Theft Auto VI” (GTA VI) oyununun təqdimatını “Instagram” hesabında qeyd edib.
Bundan sonra onun səhər saat 09:00-da başlayan Paris Şəhər Şurasının iclasına qatılmadığı və yalnız saat 12:00-da gəldiyi barədə məlumat yayılıb.
Sosial şəbəkə istifadəçiləri merin gecəni oyun oynamaqla keçirdiyini və buna görə işə gecikdiyini ehtimal ediblər.
Lakin Emmanuel Qrequar iddiaları təkzib edib. O bildirib ki, saat 09:00-da iş yerində olub və Paris meriyasının etik məsələlər üzrə məsul şəxsi ilə görüş keçirib. Daha sonra isə şəhər şurasının iclasına sədrlik edib.
12:06 20.11.2026
Oxunuş sayı: 56