Azərbaycanlı qızın ifadəsi 20 milyona dəyişdirilib? - Pakistanda təcavüz iddiası
Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyeva bu ölkənin polis orqanlarına verdiyi ifadəni dəyişib.
Crossmedia.az xəbər verir ki, Pakistan mətbuatı Diana Bağıyevanın ifadəsini dəyişməsi üçün pul aldığını iddia edib.
Məsələ Diana Bağıyevanın sosial şəbəkədə video müraciət yaymasından sonra yenidən gündəmə gəlib.
Müraciətində Diana Bağıyeva Əhməd Tənvir adlı şəxsin hadisədə günahsız olduğunu, digər iki nəfəri isə bağışladığını açıqlayıb. O, həmçinin Lahor məhkəməsində verdiyi ifadənin ondan təzyiq altında alındığını bildirib.
İddia olunur ki, Diana Bağıyevanı təqsirləndirilən Əhməd Tənvirin vəkili ifadəsini dəyişməyə razı salıb. Onun atası bunun üçün Londondan Bakıya gəlib. Eyni zamanda iddia olunur ki, Diana Bağıyeva Əhməd Tənvirin atasından 20 milyon rupi (123 min manat – red.) aldıqdan sonra Azərbaycanı tərk edib və Dubaya yollanıb.(Oxu.az)
22:55 26.10.2026
Oxunuş sayı: 81