Saakaşvili İranı Gürcüstandakı azərbaycanlılar arasında radikallığı təşviq etməkdə ittiham edib
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili İranı Gürcüstanda yaşayan azərbaycanlılar arasında radikal islamlaşmanı təşviq etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Saakaşvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycanda məktəblərdə vahid forma tətbiqini ölkənin dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi və islamçıların təsirinə qarşı mübarizə baxımından mühüm addım adlandırıb.
Saakaşvili iddia edib ki, Azərbaycana təsir imkanlarını itirən İran Gürcüstanda yaşayan azərbaycanlılar arasında radikal islamlaşmanı fəal şəkildə təşviq edir.
Keçmiş prezident bunun Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdığını bildirib. O, islamçıların həm Gürcüstan, həm Azərbaycan, həm də bütövlükdə region üçün təhlükə olduğunu vurğulayıb.
13:45 13.10.2026
Oxunuş sayı: 63