Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Abidənin önünə gül dəstələri qoyulub, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib. Şəhidlərin keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq bir daha dərin ehtiramla xatırlanıb.
14:40 27.09.2026
Oxunuş sayı: 36