Məşhur rusiyalı jurnalist vəfat etdi
Rusiyalı jurnalist və teleaparıcı, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi Yelena Şedrina 78 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, “Vesti. Primorye” bu barədə məlumat yayıb.
Şedrina sentyabrın 14-də, bazar ertəsi səhər saatlarında dünyasını dəyişib. Bildirilir ki, jurnalist son illərdə ağır xəstəlikdən əziyyət çəkib.
Yelena Şedrina Primorsk diyarının televiziya sahəsində 45 il çalışıb. O, 15 il ərzində müəllif proqramı “Jemçujina poberejya”nı hazırlayıb və bu layihə çərçivəsində sualtı çəkilişlər aparıb.
Jurnalist “Diapazon”, “Mestnoye vremya” və “Vesti. Primorye” proqramları üçün də reportajlar hazırlayıb. O, həmçinin ekoloji jurnalistlər üçün “Poslednyaya sreda” mətbuat klubunun yaradıcılarından biri olub.
1995-ci ildə Şedrinaya Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi fəxri adı verilib.
Jurnalistlə vida mərasiminin vaxtı barədə məlumatın daha sonra açıqlanacağı bildirilib.
16:38 14.09.2026
Oxunuş sayı: 48