Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir
Azərbaycanda ali təhsil istiqamətində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın Inha Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Uorvik Universiteti, eləcə də ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında müxtəlif istiqamətlər üzrə ikili diplom proqramları davam etdirilir.
Əmrullayev qeyd edib ki, bu ildən Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında da bir neçə mühəndislik ixtisası üzrə birgə tədrisə başlanılıb.
Nigar Xəlilli
15:49 14.09.2026
Oxunuş sayı: 52