Şagirdlərin ali məktəbə hazırlığı gücləndirilir - nazir açıqladı
10–11-ci siniflərdə təmayül tədris modelinin tətbiq dairəsinin genişləndirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 14 pilot layihə ilə başlanılan modelin bu il 90 təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Layihə 46 şəhər və rayonu əhatə edəcək.
Əmrullayev qeyd edib ki, modelin əsas məqsədi tam orta təhsil səviyyəsində şagirdlərin təlim-tədris keyfiyyətinin artırılması, eyni zamanda onların ali təhsil müəssisələrinə hazırlığına dəstək göstərilməsidir.
Nazirin sözlərinə görə, müxtəlif təmayüllər və qəbul imtahanı qrupları nəzərə alınmaqla tədris planları buna uyğunlaşdırılacaq.
Nigar Xəlilli
15:26 14.09.2026
Oxunuş sayı: 52