Rusiyadan Ermənistana qaz nəqli dayandırılır
Rusiyadan Ermənistana təbii qazın nəqli sentyabrın 15-dən 25-dək planlı təmir işləri ilə əlaqədar müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, Ermənistanın dövlət mediası bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və kompleks təmir işləri aparılacaq. Bu səbəbdən qaz kəməri ilə Ermənistana təbii qazın verilməsi 10 gün müddətində dayandırılacaq.
“Qazprom Ermənistan”ın açıqlamasında qeyd olunub ki, qaz nəqli sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.
“Qazprom Ermənistan” Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsidir.
14:52 14.09.2026
Oxunuş sayı: 45