Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
Hazırda Rusiyada 10 mindən çox azərbaycanlı təhsil alır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevsk arasındakı görüşdə məlumat verilib.
2026/27-ci tədris ili üçün azərbaycanlı tələbələrə 280 kvota yeri ayrıldığı, 15 nəfərin isə “Open Doors” Beynəlxalq Olimpiadasının qalibi və mükafatçısı kimi qrant alacağı qeyd olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Rusiya birgə universitetinin yaradılması məsələsi də müzakirə olunub.
14:02 14.09.2026
Oxunuş sayı: 53