SOCAR-ın "Azneft" İstehsalat Birliyinə 4 yeni yanğınsöndürən avtomobil verilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində "Azneft" İstehsalat Birliyinə 4 ədəd yeni yanğınsöndürən avtomobil alınıb.
Crossmedia.az SOCAR-a istinadən xəbər verir ki, müasir tələblərə cavab verən yeni yanğınsöndürən avtomobillər "Azneft"in Neft və qazçıxarma idarələrinə təhvil verilib.
Yeni texnikaların istifadəyə verilməsi neft-qazçıxarma müəssisələrində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə, mümkün fövqəladə hallara operativ, effektiv müdaxilə imkanlarının artırılmasına, insanların həyat və sağlamlığının, eləcə də istehsalat obyektlərinin qorunmasına xidmət edir.
SOCAR və FHN arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər gələcəkdə də istehsalat obyektlərində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, texniki və maddi-texniki imkanların gücləndirilməsinə yönəldiləcək.
13:51 14.09.2026
Oxunuş sayı: 41