Sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında vəfat edib.
Crossmedia.az xəbər verir ki, hadisə Binə qəsəbəsi ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü H.Yarəliyev özünə məxsus “Opel” markalı avtomobildə qəfil ölüb.
Sürücünün ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
13:35 14.09.2026
Oxunuş sayı: 45