Fransa Rusiyaya qarşı sanksiyalarda mövqeyini dəyişir
Fransa Avropa İttifaqının Rusiyaya qarşı fərdi sanksiyalarının uzadılması prosesinə müdaxilə edib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının diplomatları Rusiyaya qarşı fərdi sanksiya siyahılarının müddətinin sentyabrın 15-də başa çatmasından əvvəl uzadılmasına çalışırlar. Slovakiya isə sənəddəki əsas müddəalardan birinə etiraz edir.
Nəşrin yazdığına görə, Fransa da prosesə qoşularaq digər Aİ ölkələrini təəccübləndirib.
Qeyd edək ki, Fransa daha əvvəl Slovakiyanın Rusiya biznesmeni Alisher Usmanovun Aİ-nin sanksiya siyahısından çıxarılması ilə bağlı müraciətini dəstəkləyib.
13:32 14.09.2026
Oxunuş sayı: 50