"Sabah" UEFA Çempionlar Liqasının tarixinə maraqlı göstərici ilə düşüb
"Sabah" komandası UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.
Crossmedia.az "Onefootball" nəşrinə istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirdiyi Liqa mərhələsinin I turunun oyununda gerçəkləşib.
Azərbaycan çempionunun heyətində meydana çıxan 11 futbolçunun hamısı fərqli ölkələri təmsil edib. Bu da qitənin ən nüfuzlu klub turnirinin tarixində bir ilkdir.
Xatırladaq ki, "Sabah" səfərdə rəqibinə 0:4 hesabı ilə uduzub.
11:57 11.09.2026
Oxunuş sayı: 41