Saratovda partlayışların ardından yanğın başlayıb
Rusiyanın Saratov şəhərində “Ozon” şirkətinin anbarına və neft emalı zavoduna zərbələr endirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Saratovda gecə saatlarında bir neçə partlayış qeydə alınıb və şəhərdəki sənaye obyektlərinin hücuma məruz qaldığı açıqlanıb.
Məlumata görə, zərbələr nəticəsində “Ozon”un anbarında və neft emalı zavodunda yanğın baş verib. Hadisənin təfərrüatları və mümkün itkilərlə bağlı məlumat dəqiqləşdirilir.
11:00 11.09.2026
Oxunuş sayı: 49