Diplomatik korpusun Xankəndiyə səfəri başlayıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər şəhərlərinə səfəri başlayıb.
Crossmedia.az xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyəti əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi səfər ediblər.
Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində bərpa-quruculuq işləri gedir. Diplomatik korpusun nümayəndələri burada görülən işlərlə tanış olublar.
Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edəcəklər.
10:47
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar.
Crossmedia.az xəbər verir ki, diplomatik korpusun nümayəndələri hazırda Füzuli Beynəlxalq Hava Limanındadırlar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
09:48
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Crossmedia.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
11:07 11.09.2026
Oxunuş sayı: 235