Moskvanı yanacaqla təmin edən neft emalı zavodu dayandı
Rusiyanın Ryazan neft emalı zavodu sentyabrın 6-da dron hücumundan sonra fəaliyyətini tam dayandırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Hücum nəticəsində zavodda ümumi gücü ildə təxminən 12 milyon ton olan iki əsas ilkin neft emalı qurğusu sıradan çıxıb. Daha bir qurğu isə may ayından təmirdədir.
Bu səbəbdən müəssisədə neft emalı faktiki olaraq tamamilə dayandırılıb. Zavodun fəaliyyətinin bərpasının bir neçə həftə çəkə biləcəyi bildirilir.
“Rosneft” şirkətinə məxsus Ryazan neft emalı zavodu Rusiyanın ən iri müəssisələrindən biridir. Zavod 2024-cü ildə 13,1 milyon ton neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalının təxminən 5 faizinə bərabərdir.
Məlumata görə, bu, zavodun ilk dəfə dayanması deyil. İyulun sonunda baş verən hücumdan sonra müəssisə təxminən 2-3 həftə fəaliyyət göstərməyib.
23:24 10.09.2026
Oxunuş sayı: 47