"Zirə" Dimitri Leqbonu heyətinə qatdığını açıqlayıb
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
"Qartallar" Xorvatiyanın "Riyeka" klubundan Dimitri Leqbonu transfer edib.
Fildişi Sahilindən olan 25 yaşlı vingerlə 2 illik müqavilə bağlanıb.
17:54 03.09.2026
Oxunuş sayı: 40