Sumqayıt sakini bıçaqlanıb, atası şübhəli qismində saxlanılıb
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mübahisə zəminində Sumqayıt sakini 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaqlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, atası 71 yaşlı Nadir Novruzov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
18:05 31.08.2026
Oxunuş sayı: 45