Husilər Səudiyyə sahillərində neft tankerinə zərbə endirib
Yəmən husiləri Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində neft tankerinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə Yanbu liman şəhərindən təxminən 63 dəniz mili qərbdə baş verib.
Mərminin zərbəsi nəticəsində tankerin əsas göyərtəsində yanğın başlayıb.
Bildirilib ki, gəminin bütün heyət üzvləri təhlükəsiz vəziyyətdədir. Hadisə nəticəsində ətraf mühitə hər hansı zərərin qeydə alınmadığı açıqlanıb.
19:28 24.08.2026
Oxunuş sayı: 51