Aİ Ukraynaya 6,1 milyard avro hərbi yardım ayırdı
Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün 6,1 milyard avroluq yeni hərbi yardım paketini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, vəsait hava və raketdən müdafiə sistemləri, raketlər, döyüş sursatı və radarların alınmasına yönəldiləcək.
Bildirilib ki, yeni maliyyələşdirmə Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq dəstək kreditinin müdafiə komponentinin bir hissəsidir. Yeni paket daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə satınalmalarına əlavə olunur.
Avropa Komissiyasının məlumatına görə, yardım Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatlarından hücumların intensivləşməsi fonunda onun hava məkanının və əhalisinin qorunmasına dəstək məqsədi daşıyır.
17:32 24.08.2026
Oxunuş sayı: 43