18:25 14.10.2026
Kanak lideri Fransanı müstəmləkəçiliyə son qoymağa çağırdı
29
Kanak siyasətçisi və ictimai xadim, Kanak Milli Azadlıq Sosialist Cəbhəsinin (FLNKS) rəsmi nümayəndəsi və Yeni Kaledoniyanın (Kanakiya) müstəqillik hərəkatının liderlərindən biri Dimitri Keneqe Fransa müstəmləkəçiliyinə son qoymağa çağırıb. O bildirib ki, Kanak xalqı tarixində müstəmləkəçilik səhifəsi bağlanana qədər mübarizəsini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, Keneqe bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkələrdəki rəsmi səhifələrində yayımlanan videomüraciətində bildirib.
O, Birləşmiş Millətlər Təşkilatında keçirilən konfransda çıxış etmək imkanı yaratdığına görə BTQ-yə təşəkkür edib və tədbirin beynəlxalq ictimaiyyətin diqqətini Kanak xalqının mövcudluğuna cəlb etməyə də imkan verdiyini vurğulayıb.