CROSSMEDIA - Analitik İnformasiya Portalı

İqtisadiyyat

13:33 21.10.2026

Yüzlərlə ixtisas ləğv olunacaq, iş yerləri bağlanacaq, əvəzində isə… Proqnoz

120

Bəşəriyyət tarixində texnoloji yeniliklərin iqtisadiyyata inteqrasiyası əsrlər tələb edirdisə, bu gün fundamental dəyişikliklərin dünyanı alt-üst etməsi üçün cəmi 10–15 il kifayət edir. İnternet inqilabından sonra hazırda qlobal nizamı yenidən şəkilləndirən əsas güc süni intellektdir. ABŞ və Çin kimi nəhənglərin trilyonlarla dollar yatırdığı bu sahə hələlik gözlənilən iqtisadi gəliri verməsə də, böyük dövlətlər gələcəyin liderliyi uğrunda texnoloji yarışı sürətləndirirlər. Bununla belə, süni intellektin sürətli inkişafı əmək bazarında köklü dəyişikliklərə yol açaraq yüz milyondan çox ənənəvi iş yerini sıradan çıxarmaq, eyni zamanda daha çox yeni ixtisaslar yaratmaq potensialına malikdir. Lakin bu texnoloji sıçrayış özü ilə yanaşı gigant enerji tələbatı, internet infrastrukturu çatışmazlığı və idarəolunmazlıq kimi ciddi təhlükəsizlik riskləri gətirir. Dünya Bankı və BVF kimi beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, kiberquldurluq və iqlim dəyişikliyi fonunda süni intellektin nəzarətdən çıxması qlobal fəsadlara yol aça bilər. Bütün bu çağırışlar fonunda Azərbaycan da daxil olmaqla, inkişaf etməkdə olan ölkələr üçün daha təhlükəsiz süni intellekt modullarına keçid və riskləri minimuma endirən dövlət proqramları həyati əhəmiyyət kəsb edir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR