CROSSMEDIA - Analitik İnformasiya Portalı

Dünya

18:00 13.07.2025

“Handala” gəmisi Qəzzaya yola düşdü: İsrailin ablokadasını qırmaq missiyası- FOTO

137

İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı pozmaq məqsədilə yola çıxan “Handala” adlı gəmi, İtaliyanın Siciliya adasından hərəkət edib. “Azadlıq Donanması Koalisiyası”na məxsus Norveç bayraqlı gəmidə 15-ə yaxın fəal və humanitar yardım yükləri var. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yerli saatla 12:00 radələrində Siciliyadan çıxan gəmini limanda onlarca insan yola salıb. Əllərində Fələstin bayraqları və kürəklərinə sarınmış kəfiyyələrlə toplaşan dəstəkçilər “Azad Fələstin” şüarları səsləndiriblər. Gəmidə tibbi ləvazimatlar, ərzaq, uşaq üçün avadanlıqlar və dərman preparatları daşıdığı bildirilib. “Handala”nın Qəzzə sahillərinə təxminən bir həftə ərzində, 1800 kilometrlik məsafəni qət edərək çatacağı gözlənilir. Qeyd edək ki, koalisiya iyun ayında da oxşar təşəbbüslə çıxış etmiş, lakin o zaman İsrail ordusu gəmini saxlayaraq aralarında isveçli iqlim fəalı Qreta Tunberqin də olduğu şəxsləri ölkədən çıxarmışdı. Yola çıxan gəminin İtaliyanın cənubunda dayandıqdan sonra Fransanın solçu “Boyun əyməyən Fransa” (LFI) partiyasının iki üzvünün də səfərə qatılacağı gözlənilir. Bu təşəbbüs, “Madleen” gəmisinin İtaliyadan ayrılmasından altı həftə sonra baş verir. Həmin gəmi İsrail tərəfindən Qəzzənin təxminən 185 kilometr qərbində saxlanılmışdı. LFI partiyasından 18 iyulda “Handala” gəmisinə qoşulması planlaşdırılan Qabriell Katala bildirib: “Bu missiya Qəzzədəki uşaqlar üçündür. Məqsədimiz humanitar yardım ablukasını qaldırmaq və yay aylarında davam edən soyqırımı qarşısında susqunluğu pozmaqdır. Ümid edirəm ki, Qəzzəyə çatacağıq. Əgər çatmasaq, bu, beynəlxalq hüququn daha bir dəfə pozulması olacaq”. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR