Bolton: ABŞ-nin İrana fokuslanması Rusiyanın işinə yarayır
ABŞ-nin diqqətini İranla münaqişəyə yönəltməsi Rusiyaya Ukrayna ilə qarşıdurmada strateji üstünlük qazandıra bilər.
Crossmedia.az xəbər verir ki, "Newsweek" bu barədə ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun açıqlamasına istinadən məlumat yayıb.
Boltonun sözlərinə görə, Vaşinqtonun İranla münaqişəyə daha çox diqqət ayırması Ukraynaya göstərilən dəstəyin azalmasına səbəb ola bilər.
O bildirib ki, Ukrayna rəhbərliyi silah, xüsusilə də hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığından narahatdır. Bolton qeyd edib ki, əgər Ukraynanın həqiqətən də prezident Vladimir Zelenskinin bildirdiyi kimi, ələkeçirici raketlərə ehtiyacı varsa, ABŞ-nin diqqətinin başqa istiqamətə yönəlməsi Kiyevin vəziyyətini daha da çətinləşdirə bilər.
"Bu mərhələdə diqqətin çatışmazlığı səbəbindən əlverişsiz vəziyyətdə olan Putin deyil. Bir sıra səbəblərə görə, daha çox Kiyev uduzur", – deyə Bolton bildirib.
15:09 16.08.2026
Oxunuş sayı: 54