Zelenski Avropadan yeni yardım istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini raket əleyhinə sistemləri məqsədyönlü şəkildə istifadə etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Şimali Koreya istehsalı ballistik raketlərin infrastruktura zərbə vurduğu və insanların həyatına son qoyduğu bir vaxtda Avropanın müdafiə vasitələrinin sadəcə anbarlarda saxlanılması yolverilməzdir.
“İnsan həyatının qorunması vacibdir. Rusiyanı dayandırmaq lazımdır. Yeni yardım paketləri hər gün xilas edilmiş həyat və qorunan infrastruktur deməkdir”, – deyə Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son zərbələr nəticəsində ölən və yaralananlar var.
13:18 16.08.2026
Oxunuş sayı: 61