Körfəz ABŞ-yə arxa çevirir - Böyük hərbi dəyişikliklərin siqnalı verildi
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn ABŞ administrasiyasından narazıdır.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, Körfəz ölkələri bu məsələdə ortaq mövqedən çıxış edir və ABŞ-nin siyasətindən məyus olduqlarını bildirirlər.
Buna səbəb Vaşinqtonun İranla yaranmış münaqişənin diplomatik yolla həllinə nail ola bilməməsidir.
Məlumata əsasən, bəzi ölkələr artıq öz ərazilərində yerləşdirilən iri ABŞ hərbi bazalarının gələcəkdə saxlanılmasının məqsədəuyğunluğunu müzakirə etməyə başlayıblar.
Körfəz regionunda dəyişən münasibətlərin göstəricilərindən biri kimi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında qarşılıqlı müdafiə üzrə Məkkə paktının imzalanması göstərilir.
11:21 16.08.2026
Oxunuş sayı: 37