KİV: NATO Ukraynanın müdafiə planlaşdırılmasında ciddi uğursuzluğa yol verib
NATO-nun Ukraynanın hava hücumundan müdafiəsi üçün “Patriot” raketlərinin istehsalını artırmaqla bağlı kifayət qədər investisiya yatırmaması ciddi problem kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə yazıb.
Nəşrin məlumatına görə, Ukraynanın ehtiyaclarını qarşılamaq üçün “Patriot” raketlərinin istehsalı hazırkı dünya üzrə illik istehsal həcmindən üç-dörd dəfə çox olmalıdır. Yazıda həmçinin “SAMP/T” komplekslərinin imkanlarının genişləndirilməsinə kifayət qədər diqqət ayrılmadığı bildirilir.
14:45 15.08.2026
Oxunuş sayı: 42