İsrail Suriyada hava qüvvələrinin bərpasından narahatdır
İsrail Suriyanın hava qüvvələrinin hərbi potensialını bərpa etməsindən narahatlıq keçirir.
Crossmedia.az xəbər verir ki, “KAN” İsrail kəşfiyyatının hesabatlarına istinadən Dəməşqin yeni pilotlar cəlb etdiyini və intensiv təlim uçuşları keçirdiyini bildirib.
Məlumata görə, Suriyanın şimalında ilk dəfə döyüş təyyarələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilib. İsrailli ekspertlər isə Türkiyənin Suriyanın şimalında artan hərbi mövcudluğunun İsrailin Suriya ərazisinə hava zərbələri endirmək imkanlarına təhlükə yaratdığını düşünür.
11:55 13.08.2026
Oxunuş sayı: 50