Salavatda neft emalı zavoduna PUA hücumu
Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində neft emalı zavoduna PUA hücumu olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, Başqırdıstan rəhbəri Radiy Habirov PUA hücumunun dəf edildiyini və pilotsuz uçuş aparatlarından birinin qalıqlarının Salavatın sənaye zonasına düşdüyünü açıqlayıb.
Onun sözlərinə görə, qalıqların düşməsi nəticəsində ərazidə yanğın baş verib və bütün aidiyyəti xidmətlər hadisə yerində fəaliyyət göstərir.
10:45 13.08.2026
Oxunuş sayı: 44